Felyeton | Xədicə və qapalı yerlər
Bu sözlər “Azadlıq” radiosunun əməkdaşı, radikal müxalifətin ağırçəkili fiquru, hakimiyyətə qarşı mübarizənin sumo güləşçisi Xədicə İsmayılovanın facebook-da yazdığı statusdandır. Burada iki məqam xüsusilə diqqəti çəkir: Xədicənin qapalı məkan qorxusu və hər bir işi ictimaiyyətin gözü qabağında görmək istəyi.
Məsələ də elə buna görə maraqlıdır. Çünki məntiqə görə, Xədicə artıq qapalı məkanlardan qorxmalı deyil. Açıq danışaq: bir qadın qapalı məkanda nədən qorxa bilər? Lap açıq deməmək üçün, gəlin həmin o qorxulası şeyi “X” ilə işarə edək.
Deməli, hər bir qadın qapalı məkanda “X” ilə üzləşəcəyindən qorxa bilər. Yalnız Xədicədən başqa. Çünki bu “X” artıq Xədicənin başına gəlib!.. Həm də özünün istədiyi kimi – yəni ictimaiyyətin gözü qarşısında. Üstəlik, özü deyir (daha doğrusu, facebook-da yazır) ki, bundan sonra yenə də həmin “X” təkrarlansa, vecinə deyil – elədiyini eləyəcək. Afərin, belə mübariz ideoloji sumoçularımızla fəxr edirik. Amma Xədicə də gərək mövqeyində sabit qalsın, arada qorxaq bəyanatlar verib özünün cəsur imicinə kölgə salmasın.
Bu yerdə bir məntiqi yanıltmac (təzə janrdır) söyləməyə bilmirsən: Bir halda ki, sən ictimaiyyətin gözü qarşısında görülməli olmayan işi ictimaiyyətin gözü qarşısında görməkdən çəkinmədin, ictimaiyyətin gözü qarşısında görülməli olan işi də gərək ictimaiyyətin gözü qarşısında görməməkdən çəkinməyəsən.
Burada ağla başqa bir sual da gəlir ki, onu verməkdən özümü saxlaya bilmirəm: Bir halda ki, Xədicə hətta küçə süpümək kimi bir işi də demokratiya üçün görürsə, maraqlıdır, həmin o “X” ilə işarə elədiyimiz işidəmi demokratiya üçün görmüşdü? Məsələn, bu deviz altında: “Demokatiya üçün X” . Və ya, Xədicənin sevdiyi dildə yazsaq, “Make love for democracy”.
Yəqin ki, hə, çünki Xədicə hər şeyi demokratiya üçün edir. Hətta “s” ilə başlayan işləri də - süpürməyi nəzərdə tuturuq.
Əlqərəz, nə başınızı ağrıdım, o boyda “Make love for democracy” haqq-hesabından sonra durub hansısa qapalı məkandan qorxduğunu demək Xədicəyə yaraşmır və inandırıcı görünmür. Çox sadə bir səbəbə görə: qapalı məkanda insanın başına gələ biləcək ən axırıncı iş artıq onun başına (“başına” deyək) gəlib və heç tükü də tərpənməiyb. Özü də fil kimi sağlam adamla bir yerdə. Bundan sonra Əlillərin Bərpa Mərkəzinə “qapalı” deyib, işdən boyun qaçırmağın yeri yoxdur. Heç də hər işi ictimaiyyətin gözü qabağında görməzlər. Heç olmasa arada bəzi şeyləri ictimaiyyətin nəzərindən kənarda edin, Xədicə xanım!
Tariyel Həsənov
Karikatura kirpi.info saytındandır